Azərbaycanda daha bir kiber dələduzluq forması yayılır.
Qaynarinfo xəbər verir ki, son günlərdə Azərbaycan vətəndaşlarına dövlət və rəsmi şəxslər adından "WhatsApp" vasitəsilə saxta mesajlar göndərilir.
Mesajlarda guya dövlət tərəfindən humanitar xidmətin bir hissəsi olaraq ərzaq, məişət ləvazimatları və digər gündəlik xərclər kimi vacib ehtiyacları qarşılamaq üçün 200 AZN məbləğində yardım təklif olunur. Bunun üçün isə mesaj gələn şəxslər göndərilən linkə daxil olmalıdır.
Lakin ekspertlər vətəndaşları ehtiyatlı olmağa çağırır. Bildirirlər ki, fırıldaqçılar link vasitəsilə şəxsi məlumatlarınızı və bank rekvizitlərinizi ələ keçirməyə çalışır. Mesajlar əksər hallarda xarici və şübhəli domenlərdən göndərilir, rəsmi dövlət saytları ilə əlaqəsi yoxdur.
Ekspertlər deyir ki, bu cür təhlükələrdən qorunmaq üçün tanımadığınız nömrələrdən gələn linklərə klikləməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, mesajı silin və nömrəni bloklayın, bu haqda yaxınlarınızla paylaşım edərək, onları da məlumatlandırın.
Günay
Şərhlər