"Bunu ilk dəfədir ki, deyirəm. Çünki insanlar narahat olurlar. Səhhətimdə problemlər var. Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram. Heç kəslə də bu səbəbdən görüşmürəm".
Qaynarinfo xəbər verir ki, bu sözləri yazıçı Əkrəm Əylisli Musavat.com-a müsahibəsində bildirib.
"Düzü, evə də insanları dəvət etmək istəmirəm. Çünki ev tək sənin deyil, orada yaşayanların hər birinindir. Onların həyatını narahat etmək olmaz. Amma zəng edən dostlar var. Bir çox dostlarım istəyirlər ki, görüşsünlər. Nə yalan deyim, dostlarım daha çox gənclərdir. Onlar daim itirib-axtarırlar", deyə Əkrəm Əylisli bildirib.
O, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla münasibətlərindən də danışıb:
"Yazıçılar Birliyində keçmişdə dostlarım var idi. Elə Anarın özü olsun. Mənim onlarla heç bir ünsiyyətim artıq mümkün deyil. Sanki başqa-başqa qitələrdə yaşayırıq. Anarla görüşümün heç bir əhəmiyyəti ola bilməz. Bunu ən yaxşı mən bilirəm. Hərə öz fikrindədir. O, öz qayğılarındadır, mən də öz. Düşüncə tərzlərimiz ümumiyyətlə, bir-birinə yaxın deyil".
Şərhlər