Qızıldaş Mədəniyyət Mərkəzinin arxasında yerləşən kanalizasiya xətti dolub daşır.
Bu barədə Qaynarinfo-ya Qızıldaş qəsəbəsinin bir qrup sakini bildirib.
Onların sözlərinə görə, kanalizasiyanın dolub-danışması nəticəsində ərazidə antisanitariya hökm sürür. Bu isə qəsəbə sakinlərinin mərkəzin həyətindəki hərəkətinə və mədəni istirahətinə maneçilik törədir.
Qəsəbə sakinləri bununla bağlı Qaradağ rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbə nümayəndəliyinə müraciət etsələr də, nümayəndəlik onları Bakı şəhər Mədəniyyət İdarəsinə yönəldib. Sakinlər deyir ki, sözügedən idarəyə müraciətin də nəticəsi olmayıb.
Onların sözlərinə görə, mərkəzə elektirk enerjisinin verilişi də uzun müddətdir dayandırılıbmış. Bu da işıq pulunun ödənilməməsi ilə bağlı olub. "İndi pulun bir hissəsi ödənilib. Ona görə də elektrik enerjisinin verilişi bərpa edilib", deyə sakinlər bildirib.
Məsələ ilə əlaqədar Qızıldaş Mədəniyyət Mərkəzi və Bakı Mədəniyyət İdarəsi ilə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı.
Seyid
Şərhlər