Xəbər lenti

Qərb-Rusiya məhbus mübadiləsi baş tutdu: Kimlər azad edildi? (YENİLƏNİB)
Dünya 16:26 01.08.2024

Qərb-Rusiya məhbus mübadiləsi baş tutdu: Kimlər azad edildi? (YENİLƏNİB)

Rusiya bir neçə ölkə arasında məhbus mübadiləsi çərçivəsində amerikalı müxbiri azad edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

Vəziyyətlə tanış olan mənbələr nəşrə bildiriblər ki, Rusiya ABŞ ilə məhbus mübadiləsi çərçivəsində "Wall Street Journal”ın müxbiri Evan Gerşkoviç və ABŞ-ın keçmiş dəniz piyadası Pol Uilanı azad edir. Gerşkoviç və Uilan Rusiyadan kənara çıxarılır. 

Razılaşmanın şərtlərinə görə, ABŞ və müttəfiqləri saxladıqları məhbusları Rusiyaya qaytaracaqlar.

"The Telegraph” yazır ki, 2023-cü ilin aprelindən həbsdə olan Rusiya-Britaniya vətəndaşı olan fəal və jurnalist Vladimir Kara-Murza bu gün baş tutan məhbus mübadiləsinə daxil edilə bilər.

Kara-Murzanın dəyişdiriləcək məhbuslar siyahısında olan iki Britaniya vətəndaşından biri olduğu güman edilir.

Nəşrin məlumatına görə, bir qrup parlament üzvü Xarici İşlər Nazirliyindən onun azadlığa buraxılmasını istəyir. Böyük Britaniya məhbus mübadiləsində iştirak etməsə də, Britaniyanın onun danışıqlara daxil edilməsi üçün lobbiçilik etdiyinə ümid edilir.

"Kara-Murza ABŞ-ın diqqətindədir, lakin heç bir zəmanət yoxdur... Ruslar çox sərt sövdələşmələri ilə tanınırlar", - deyə Böyük Britaniya hökuməti ilə danışıqlar aparan parlament üzvlərindən biri bildirib.

16.04
 
Qərblə Rusiya arasında məhbus mübadiləsinin ilk mərhələsi Kalininqradda baş tutub.

Bu barədə Qaynarinfo "Mash” "Telegram" kanalına istinadən xəbər verir.

Sloveniyada casusluq ittihamı ilə 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilən Artyom Dultsev və Anna Dultseva Rusiyaya ekstradisiya edilib.

Bu gün səhər saatlarında Qərblə məhbus mübadiləsi üçün istifadə edilən "Rusiya” uçuş heyətinin An-148 təyyarəsi Kalininqradda yerə enib. İki saatlıq dayanmadan sonra RA-61727 nömrəli layner Murmansk istiqamətində hərəkət edib. 

Xatırladaq ki, vəziyyətlə tanış olan mənbə bir gün əvvəl "The Moscow Times”a bildirib ki, Rusiya öz kəşfiyyat zabitləri və agentləri müqabilində ümumilikdə 20-30 rusiyalı siyasi məhbus və jurnalisti Qərbə ekstradisiya edə bilər.

Mübadilədə iştirak edən ehtimal olunan şəxslər Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) ilə əlaqəli şəxslər, ABŞ vətəndaşları və "hərbi feyk xəbərlər” maddəsilə məhkum edilmiş bir qrup rusiyalıdır. Onların arasında müxalifətçilər Vladimir Kara-Murza və İlya Yaşin, həmçinin casusluqda təqsirli bilinən "Wall Street Journal”ın jurnalisti Evan Gerşkoviç də var.

RBC məlumatlara istinadən yazır ki, günorta saatlarında Rusiya Prezident Administrasiyasının istifadəsində olan "Rusiya” xüsusi uçuş dəstəsinin RA-64059 nömrəsi (uçuş nömrəsi RSD939) olan Tu-204-300 təyyarəsi Moskvadan Ankaraya uçub. Eyni zamanda C-130J-30 Super Hercules hərbi-nəqliyyat təyyarəsi (HKY767 reysi) Almaniyanın Ramşteyn hərbi bazasından Türkiyə istiqamətində yola düşüb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->