Xəbər lenti

Erməni arxiyepiskop həbsdə qaldı
Ölkə 21:26 30.07.2025

Erməni arxiyepiskop həbsdə qaldı

Ermənistan Apellyasiya Məhkəməsi arxiyepiskop Mikael Ajapaxyanın həbsi barədə qərarın ləğvi ilə bağlı şikayəti rədd edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mediasına onun vəkilləri bildiriblər.

Müdafiə tərəfi hakimdən belə bir mövqe gözlədiklərini qeyd edib. Ajapaxyanın həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə birinci instansiya məhkəməsi əsas iş üzrə hazırlıq iclasında baxacaq.

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Ajapaxyan Ermənistanda hökuməti devirməyə çağırışlarla bağlı açılmış cinayət işi çərçivəsində iki ay müddətinə həbs edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->