Qobuda it dişləyən doqquz yaşlı oğlan bu gün reanimasiyadan palataya köçürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Report-a cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, pasiyentin vəziyyətində müsbət dinamika müşahidə olunur: "Hazırda müalicəsi palata şəraitində davam etdirilir".
Qeyd edək ki, hadisə martın 3-ü saat 17:37 radələrində "Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Uşaqda çoxsaylı yaralar müşahidə edilib və dərhal cərrahi müdaxilə edilib.
Şərhlər