Macarıstan "Ferentsvaroş"undan transfer edilmiş Kadi Borges "Qarabağ" klubunun ən bahalı futbolçusuna çevrilib.
	
		
	Qaynarinfo Teleqraf-a istinadən xəbər verir ki, fevralın 4-də Ağdam təmsilçisi ilə 4 illik müqaviləyə imza atan Kadinin bazar dəyəri 2,5 milyon avro təşkil edir. Onun əvəzinə "Ferentsvaroş"a verilən Julio Romaonun qiyməti isə 800 min avrodur.
	
		
	İkinci sırada 2 milyon avro ilə Leandro Andrade qərarlaşıb. İlk üçlüyü isə 1,8 milyon avro ilə Nəriman Axundzadə və Oleksey Kaşuk qapayırlar.
	
		
	"Köhlən atlar"ın əfsanəsi Riçard Almeyda hazırki heyətin ən ucuz futbolçusudur - 100 min avro.
	
		
	Son Azərbaycan çempionunun heyətinin ümumi dəyəri 22 milyon 350 min avrodur.
	
		
	"Qarabağ"ın hazırkı futbolçularının bazar dəyəri:
	
		
	1. Kadi Borges - 2,5 milyon avro
	
		
	2. Leandro Andrade - 2 milyon avro
	
		
	3. Oleksey Kaşuk - 1,8 milyon avro
	
		
	4. Nəriman Axundzadə - 1,8 milyon avro
	
		
	5. Mateuş Koxalski - 1,5 milyon avro
	
		
	6. Yassin Benziya - 1,2 milyon avro
	
		
	7. Toral Bayramov - 1,2 milyon avro
	
		
	8. Emmanuel Addai - 1,2 milyon avro
	
		
	9. Aleksey İsayev - 900 min avro
	
		
	10. Elvin Cəfərquliyev - 900 min avro
	
		
	11. Şahruddin Məhəmmədəliyev - 800 min avro
 
	
		
	12. Fabian Buntiç - 700 min avro
	
		
	13. Mateus Silva - 700 min avro
	
		
	14. Marko Yankoviç - 600 min avro
	
		
	15. Bəhlul Mustafazadə - 600 min avro
	
		
	16. Musa Qurbanlı - 600 min avro
	
		
	17. Abbas Hüseynov - 550 min avro
	
		
	18. Abdullah Zubir - 500 min avro
	
		
	19. Kevin Medina - 500 min avro
	
		
	20. Redon Cica - 500 min avro
	
		
	21. Patrik Andrade - 450 min avro
	
		
	22. Marko Veşoviç - 200 min avro
	
		
	23. Bədavi Hüseynov - 200 min avro
	
		
	24. Amin Ramazanov - 200 min avro
	
		
	25. Sadiq Məmmədzadə - 150 min avro
	
		
	26. Riçard Almeyda - 100 min avro.
	
		
	Qeyd edək ki, "Qarabağ" tarixinin ən bahalı transferi Riçard Almeydadır. O, 2012-ci ildə Braziliyanın "Santu-Andre" klubundan 1,28 milyon avroya alınıb. Ən bahalı satış isə ötən ay 5 milyon avro qarşılığında Braziliya "Flamenqo"suna keçən Juninyoya məxsusdur.
	
		
	 
            
Şərhlər