Polşada mövcud qadağaya baxmayaraq, ruslara kütləvi şəkildə iş və biznes vizalarının verilməsi səbəbindən böyük qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Schengen News" yazıb.
Bu faktlar Polşanın Ali Nəzarət və Audit Xidmətinin yeni hesabatında məlum olub. Xidmət keçmiş baş nazir Mateuş Moravietski başda olmaqla əvvəlki Polşa hökumətinin Polşa Biznes Limanı proqramı və digər rejimlər çərçivəsində ruslara qeyri-qanuni olaraq viza verdiyini aşkar edib, baxmayaraq ki, buna qadağa 2022-ci il martın 1-dən qüvvəyə minib.
Ümumilikdə, 2023-cü ilin sonunda Moravietski hökuməti istefa verənə qəsər ruslara 1838 Polşa Şengen vizası verilib.
Polşanın hazırkı baş naziri Donald Tusk hesabata dərhal sonra reaksiya verərək, ən pis şübhələrin təsdiqləndiyini bildirib. Tusk X şəbəkəsində bildirib ki, Hüquq və Ədalət (PiS) Partiyasının hökuməti rüşvət müqabilində çoxlu sayda əcnəbini ölkəyə buraxıb, ölkə əsgərləri isə Belarusla sərhəddə Polşanı qorumaq üçün dayanıblar.
Aydın
Şərhlər