Xəbər lenti

Polşa konstitusiyaya görə Rusiya raketlərini vurmalıdır, lakin NATO izn vermir - XİN rəhbəri
Dünya 13:35 07.10.2024

Polşa konstitusiyaya görə Rusiya raketlərini vurmalıdır, lakin NATO izn vermir - XİN rəhbəri

Polşanın xarici işlər naziri Radek Şikorski deyib ki, Polşanın öz ərazisinə doğru uçan raketləri vurmaq üçün "konstitusiya öhdəliyi” var, lakin NATO bunu etməyi qadağan edir. 

Qaynarinfo xəbər verir ki, "The Times"ın köşə yazarı Edvard Lukasın yazdığı kimi, Rusiya NATO-nun sərhədyanı ölkələri arasında qorxu yaradırsa, Amerika qətiyyətsiz mövqeyinə görə məyusluq yaradır.

"Bəzi sərhədyanı dövlətlərin nümayəndələri hesab edirlər ki, Birləşmiş Ştatlar bir neçə il əvvəl Rusiyanın ciddi kiberhücumuna Moskvada işıqları qısa müddətli söndürmə ilə cavab verib. Onlar özləırinə qarşı daha tez-tez edilən hücumlara eyni sərt cavabı görmək istərdilər", - analitik qeyd edir.

Litvanın baş diplomatı Qabrielius Landsbergisin dediyi kimi, ABŞ-ın "istədiyi zaman real qırmızı xətlər çəkmək imkanı var, bəs biz bunu NATO üçün niyə edə bilmirik?”

Təhlilçi qeyd edir ki, Polşa, eləcə də Baltikyanı və Skandinaviya ölkələri Ukraynanın qalib gələcəyinə ümid etsə də, ona böyük köməklik göstərsə də, saylarına görə Rusiyanın qalib gələ biləcəyindən qorxurlar:

"Müharibə necə bitsə də, bir neçə ildən sonra Rusiya yeni müharibəyə hazır olacaq. NATO buna hazır deyil, kifayət qədər ehtiyatı, planı və silahı yoxdur... Ona görə də Polşa və onun regional müttəfiqləri tələsik ən pisə hazırlaşır ki, lazım gələrsə, təkbaşına döyüşə bilsinlər".

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->