Xəbər lenti

Dünya 11:08 27.11.2024

"Politico" Baydenin Konqresə "sakit" müraciəti barədə məlumat yaydı

ABŞ Prezidenti Co Bayden "sakit və diqqət çəkmədən" qanunvericilərə Ukraynaya əlavə 24 milyard dollar yardım ayrılması ilə bağlı müraciət edib. Bayden administrasiyası bu yeni xərcləri hökumət maliyyələşdirmə paketinə əlavə etmək istəyir ki, qanunvericilər bunu dekabr ayında qəbul edə bilsin. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" Ağ Evin Büdcə İdarəsindən alınmış sənədlərə əsasən yazır.

"Bayden sakit və diqqət çəkmədən qanunvericilərə müraciət edərək Ukraynaya yardım və Rusiyaya qarşı mübarizə məqsədiylə göndərilmiş Amerika silahlarının yerini doldurmaq üçün əlavə 24 milyard dollar ayrılmasını istəyir", - məqalədə deyilir.

Jurnalistlərin məlumatına görə, Ağ Evin qanunvericilərə müraciəti 25 noyabr tarixində təqdim edilib.

İki konqresmen köməkçisi təklifin təfərrüatlarını təsdiqləyib və Konqresin təklifi bazar ertəsi günü aldığını bildiriblər.

Qeyd edək ki, ABŞ indiyədək Ukraynaya on milyardlarla dollar məbləğində yardım edib.

Yardımlar arasında texnika, silah-sursat və hərbi ləvazimatlar yer alır.

Noyabrın sonunda ABŞ Dövlət Katibi Entoni Blinken ABŞ-ın gələn il ərzində Ukraynaya lazım olan bütün hərbi dəstəyi göstərəcəyini vəd edib.

Bayden administrasiyasının bu təşəbbüsü Ukraynaya ABŞ dəstəyinin davamlılığını təmin etməyə yönəlib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->