Xəbər lenti

Dünya 16:53 15.12.2023

"Politico": "Avstriya 12-ci sanksiyalar paketinə texniki etirazlarını geri götürdü"

Avstriya hakimiyyəti Rusiyaya qarşı 12-ci sanksiyalar paketinə dair texniki etirazlarını geri götürüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” mənbələrə istinadən məlumat yayıb.

"Politico"nun məlumatına görə, Avstriya "daxili araşdırmalar" aparmaq istədiyindən məhdudiyyətlər paketi üzərində işi dayandırıb. Üç avropalı diplomat nəşrə təsdiqləyib ki, Avstriya artıq məhdudiyyətlərin qəbuluna mane olan tələblərini geri götürüb.

Xatırladaq ki, 2023-cü ilin martında Ukraynanın Korrupsiyaya qarşı mübarizə üzrə milli agentliyi Rusiyada biznesinin davam etdirdiyinə görə Avstriyanın "Raiffeisen Bank”ını müharibənin sponsorları siyahısına daxil edib. Reuters yazıb ki, Avstriya yeni sanksiyalara dəstək müqabilində bankı Ukraynanın qara siyahısından çıxarmağa çalışır.

12-ci sanksiyalar paketi qaynaq maşınlarının, kimyəvi maddələrin, müdafiə texnologiyalarının və proqram təminatının lisenziyalaşdırılmasının ixracına təsir göstərə bilər. 2024-cü il yanvarın 1-dən Rusiya brilyantlarının və onlardan hazırlanmış zinət əşyalarının ixracına qadağa qoyulması planlaşdırılır. 120 hüquqi və fiziki şəxs də məhdudiyyətlərə məruz qala bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->