İran prezidenti Məsud Pezeşkian ölkədə alıcılıq qabiliyyətinin azaldığına diqqət çəkib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə qatıldığı bir toplantıda danışıb.
"Prezident olaraq təxminən min dollar maaş alıram", deyə Pezeşkian keçmişdəki maaşların dollar qarşılığının daha yüksək olduğunu xatırladıb. Bu açıqlama, 2025-ci ilin dekabrından 2026-cı ilin yanvarına qədər davam edən etirazlardan sonra verilib. Pezeşkian xalqın yaşadığı iqtisadi çətinliklərin fərqində olduğunu bildirərək əlavə edib: "Ölkəni yenidən qurmaqdan başqa çarəmiz yoxdur".
O bildirib ki, bir zamanlar vətəndaşlara verilən 6 min tümenlik maaş 6 min dollara bərabər idisə, indi o, İran prezidenti olaraq yalnız təxminən 1000 dollar maaş alır.
Bu açıqlama dekabrın 28-dən yanvarın ilk həftələrinə qədər davam edən kəskin etirazlardan sonra verilib. Etirazların əsas səbəblərindən biri tacirlərin alıcılıq qabiliyyətinin azalması və İran rialının dollar qarşısında dəyər itirməsi olub.
Toplantıda xalqın tələblərinə də toxunan Pezeşkian bildirib ki, cəmiyyətdə yaranmış "ağrılı yaraların” fərqindədir və bu vəziyyət səbəbindən bir çox gecələr yuxuya gedə bilmir.
Prezidentin bu açıqlamaları İranın iqtisadi çətinliklərini və alıcılıq qabiliyyətindəki düşüşün cəmiyyətdə yaratdığı reaksiyanı bir daha ortaya qoyur.
Aydın
Şərhlər