Xəbər lenti

Orban yenidən Aİ-ni təhdid edir: bu dəfə Rusiya qazının tranziti ilə bağlı
Dünya 18:29 24.01.2025

Orban yenidən Aİ-ni təhdid edir: bu dəfə Rusiya qazının tranziti ilə bağlı

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Kiyevi təzyiq altına almağa çağırıb ki, Rusiya qazının Avropaya tranziti yenidən bərpa olunsun. Əks təqdirdə, o, Rusiya qarşı sanksiyaların uzadılmasına mane olmaqla hədələyib.

Qaynarinfo xəbər verir ki, Orban Aİ-yə üzv olan 27 ölkədən birinin dəstəyi olmadan sanksiyaların davam etməsinin mümkünsüz olduğunu bildirib və əgər dəstək alınmasa, 31 yanvardan sonra sanksiyalar dayandırılacaq

Rusiya qazının tranzitinin bərpası ilə yanaşı, Orban "Türk axını" adlanan alternativ qaz təchizatı yolunun hər hansı bir hücumdan qorunmasını tələb edib. Həmçinin, Macarıstan neft tədarükü marşrutlarının qorunacağına dair zəmanət istəyib.

Xarici işlər naziri Peter Siyyarto isə bildirib ki, Macarıstan sanksiyaların uzadılması ilə bağlı qərar qəbul etməzdən əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə məsləhətləşmə aparacaq.

Macarıstan, Ukraynanın bu il əvvəlində mövcud müqavilənin bitməsindən sonra Rusiya qazının Avropaya tranzitini bərpa etməməsini tənqid edib. Orban Ukraynanı Macarıstanda enerji qiymətlərinin artmasına səbəb olmaqda ittiham edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->