Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir rast gəlinən maraqlı hadisə yaşanıb. Yarışın 97 kiloqram çəki dərəcəsində keçirilən final görüşündə "Neftçi” İdman Klubunun üzvləri olan iki qardaş – Murad və Məhəmməd Əhmədiyevlər qızıl medal uğrunda üz-üzə gəliblər.
Qaynarinfo xəbər verir ki, hər iki güləşçi yarışdan sonra təəssüratlarını Baku TV ilə bölüşüb.
"Hamı kənardan deyir ki, Məhəmməd bilərəkdən mənə uduzub, amma belə bir şey yoxdur. Biz normal şəkildə güləşdik. Birinci setdə qardaşım öndə idi, ikinci setdə isə çevirmə fəndi edərək qalib gəldim.
O, çox yaxşı hazırlaşmışdı və mən inanırdım ki, finala qədər yüksələcək. Evdə də "finalda qardaşım olsa, onu necə udum?” deyə fikirləşirdim. Orada qardaş keçmir. Deyirdim, bəlkə, orada şou göstərək?”, – Murad Əhmədiyev deyib.
"Qardaşımın nəticələri məndən daha yüksəkdir. Çox adam deyirdi ki, sən böyük qardaşsan, bəlkə, sən qalib gələsən. Amma döşəyə çıxanda bunların heç bir əhəmiyyəti olmur, orada sadəcə güləşmək lazımdır”, – deyə Məhəmməd Əhmədiyev bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər