Xəbər lenti

Şolts Harrisin ABŞ-ın
Dünya 10:04 21.08.2024

Şolts Harrisin ABŞ-ın "çox yaxşı prezidenti" olacağına inanır

Almaniya kansleri Olaf Şolts ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi tərifləyib.

Qaynarinfo "Yevropeyska Pravda"ya istinadən xəbər verir ki, o, bunu "Sat 1" telekanalına müsahibəsində danışıb.

Şolts, Harrisi "yaxşı tanıdığını və 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə çox yaxşı bir prezident olacağını" söyləyib.

Kansler Harrisin ABŞ prezidenti kimi Almaniya üçün rəqibi respublikaçı Donald Trampdan daha yaxşı seçim olub-olmayacağına cavab verməyib.

"Kamala Harris bizim üçün vacib olan şeylərə sadiq qalacaq çox yaxşı siyasətçidir və Atlantik okeanı boyunca, ABŞ və Avropa arasında, ABŞ və Almaniya arasında yaxşı əməkdaşlıq davam edəcək", - Şolts bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->