Olimpiya çempionu Lyudmila Enqvist idmana nifrətini etiraf edib və cəzalanmaq üçün qəsdən dopinq qəbul etdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun nəşrə hazırlanan avtobioqrafik kitabında yazılıb.
Enqvist SSRİ və Rusiya vətəndaşlığı daşıyıb, sonra isə İsveçi təmsil edib (1990-cı illərin əvvəllərində bu ölkənin vətəndaşı ilə evlənərək vətəndaşlığını İsveçə dəyişib). 1996-cı ildə Olimpiya çempionu və 100 metr məsafəyə maneələrlə qaçışda ikiqat dünya çempionu olub.
İsveçə köçdükdən sonra 2002-ci ildə Solt Leyk Siti Qış Oyunlarında medal qazanmaq məqsədi ilə bobsleylə məşğul olmağa qərar verib. Turnirdən bir il əvvəl o, dopinq qəbul etdiyinə görə diskvalifikasiya edildi, bundan sonra təqaüdə çıxdı.
Sentyabrın 13-də ictimaiyyətə təqdim olunacaq avtobioqrafik kitabında hazırda 60 yaşlı Enquist 2001-ci ildə bilə-bilə Rusiyadan dopinq aldığını və yaxalanmaq məqsədi ilə qəbul etdiyini bildirib. O, bunu nifrət etdiyi idman növü ilə məşğul olmağı dayandırmaq üçün edib.
"Geri dönüş yox idi. Tutulmaq istəyirdim ki, bu çılğınlığıma son qoyub, qorxumdan xilas olum. Heç kim məni dayandıra bilməzdi, hətta özüm də", deyə Enquist yazıb.
Aydın
Şərhlər