Ötən il Azərbaycanda 7 sahə üzrə professor elmi adı alan olmayıb.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat verib.
Bura mexanika, astronomiya, yer elmləri, əczaçılıq elmləri, antropologiya, siyasi elmlər və sosiologiya aiddir.
Bundan başqa, keçən il ərzində 58 nəfərə professor elmi adı verilib. Həmin müddətdə professor elmi adı verilməsi ən çox texnika elmləri üzrə olub. Belə ki, bu sahə üzrə 10 nəfər həmin elmi ada layiq görülüb.
Şərhlər