Bakıda sakinlərin daha bir çıxarış problemi (VİDEO)
10 ilə yaxındır mənzillərinə çıxarış ala bilmirlər. Binada qeydiyyatları olmasa da, hər ay kommunal ödənişləri tələb edilir.
Paytaxtın Xətai rayonu Aşıq Ələsgər küçəsində yerləşən 4, 5, 9 mərtəbəli binaların sakinləri deyirlər ki, mənzilləri fiziki şəxsdən alıblar. Onlara hər dəfə problemin həll ediləcəyi deyilsə də, vəziyyət eyni olaraq qalır.
Sakinlərin sözlərinə görə, 3 binaya elektrik enerjisi eyni xətdən verilir ki, bu da təhlükə yaradır. Aidiyyəti qurumdan isə bildirilib ki, bina onların balansında deyil.
Binanı inşa edənlər vaxtında tədbir görmədiyinə görə, sakinlər özləri aidiyyəti qurumlara müraciət ediblər.
Məsələ ilə bağlı sözügedən binaların tikintisini həyata keçirən Zaur Abdullayevlə əlaqə saxladıq. O, bildirdi ki, sakinlərə çıxarışların verilməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Bu il ərzində problemin həll olunacağı gözlənilir.//Xəzər TV
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər