Xəbər lenti

OBA marketlər şəbəkəsi Yeni il münasibətilə
Video 16:35 01.12.2025

OBA marketlər şəbəkəsi Yeni il münasibətilə "Nağıl kimi günlər" lotereyasına start verdi

"OBA” marketlər şəbəkəsi 1–31 dekabr tarixlərini əhatə edən "Nağıl kimi günlər” adlı Yeni il lotereyasına başlayıb. Kampaniya çərçivəsində müştərilər gündəlik, həftəlik və böyük tiraj üzrə müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.

"OBA marketlər şəbəkəsi bu günə qədər keçirdiyi lotereyalarda müştərilərinə həm mənzil, həm də avtomobil hədiyyə etməsi ilə ölkədə ən çox qalib sevindirən pərakəndə şəbəkələrdən biri kimi tanınır. "Nağıl kimi günlər” lotereyası da həmin ənənənin davamı olaraq hazırlanıb.

Lotereyada iştirak qaydası olduqca sadədir: OBA marketlərindən edilən hər 10 AZN-lik alış-veriş müştəriyə 1 şans qazandırır. Məbləğ artdıqca şans sayı da artır. Məsələn, 40 AZN-lik alış 4 şans, 65 AZN-lik alış isə 6 şans qazandırır.

Tirajlar üzrə hədiyyələr

Gündəlik tiraj
– 1 nəfərə 100 AZN-lik OBA bonus kartı
– 2 nəfərə 50 AZN-lik OBA bonus kartı

Həftəlik tiraj
– Hər həftə 1 qalib — iPhone 17 Pro

Böyük tiraj
– 1 qalib — 2025-ci il Changan Qiyuan Q05 avtomobili
Lotereya ümumilikdə 8 tirajdan ibarətdir. Tirajlar aşağıdakı tarixlərdə keçiriləcək:

05.12.2025, 08.12.2025, 11.12.2025, 16.12.2025, 19.12.2025, 23.12.2025, 26.12.2025 və 07.01.2026.

Ümumi hədiyyə fondu
– 31 ədəd 100 AZN-lik OBA bonusu
– 62 ədəd 50 AZN-lik OBA bonusu
– 4 ədəd iPhone 17 Pro
– 1 ədəd Changan Q05 avtomobili

Qeyd edək ki, lotereyada iştirak etmək istəyən şəxslər "OBA” marketlərində minimum 10 AZN-lik alış-veriş etməli və kassada ödəniş zamanı OBA Plus mobil tətbiqini oxutmalıdırlar. Bu halda şans avtomatik hesablanır.

Həmçinin müştərilər qəbzdəki ƏDV QR kodunu və ya fiskal kodu tətbiqdaxili "Lotereya” bölməsində daxil etməklə də şans əldə edə bilərlər.
OBA mobil tətbiqindən istifadə etməyən şəxslər https://lotoreya.oba.com.az ünvanında qeydiyyatdan keçərək qəbzdəki kodu skan etməklə lotereyaya qoşula bilərlər.

Lotereyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Spirtli içkilər, tütün məmulatları və şans oyunları alış-veriş məbləğinə daxil edilmir. Bu məhsullar çıxıldıqdan sonra məbləğ 10 AZN və üzəridirsə, müştəri lotereya şansı qazana bilər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->