Xəbər lenti

Putin Çinin bir sıra vətəndaşları üçün Rusiyaya vizasız girişi açdı – Reuters
Dünya 15:54 01.12.2025

Putin Çinin bir sıra vətəndaşları üçün Rusiyaya vizasız girişi açdı – Reuters

Vladimir Putin bazar ertəsi Çinin turistlər, biznesmenlər, alimlər, sənətçilər və idmançılar da daxil olmaqla bir çox kateqoriyasına Rusiyaya 30 günədək vizasız giriş imkanı verən fərman imzalayıb.

Qaynarinfo bu barədə "Reuters”ə istinadla xəbər verir.

Agentlik xatırladıb ki, Putin və Çin lideri Si Szinpin strateji tərəfdaşlıq haqqında "məhdudiyyətsiz” sazişi 2022-ci ilin fevralında Kreml rəhbərinin on minlərlə hərbçini Ukraynaya göndərməsindən bir neçə gün əvvəl imzalamışdılar. O vaxtdan bəri Moskva Qərb sanksiyalarından yayınmaq üçün Pekindən idxaldan böyük ölçüdə asılı vəziyyətə düşüb.

"Putinin fərmanında deyilir ki, bu qərar Pekinin Rusiyanın bir çox kateqoriyadan olan vətəndaşlarına Çinə vizasız rejim təqdim etməsi addımını əks etdirir və yeni Rusiya qaydaları 14 sentyabr 2026-cı ilədək qüvvədə qalacaq”, – deyə nəşr yazır. "Reuters” əlavə edir ki, yeni qaydalar çinli əmək miqrantlarına, uzunmüddətli yaşayan tələbələrə və ya logistika və nəqliyyat sektorunda çalışan işçilərə şamil edilmir.

UNİAN-ın məlumatına görə, Çində Rusiyadan olan alıcılar üçün ixrac qiymətləri artır. Tədqiqat göstərir ki, Rusiya 2021–2024-cü illər arasında Çindən sanksiyalaşdırılmış malların ixracı üçün ödədiyi orta qiyməti 87% artırıb. Xüsusilə, Avropa İttifaqının yüksək prioritetli mallar siyahısına daxil olan və Rusiyanın silah sənayesi üçün kritik əhəmiyyət daşıyan rulmanların (şarikopodşipniklərin) qiyməti çox yüksəlib.

Bununla yanaşı, Rusiya və Çin arasında 2025-ci ilin ilk doqquz ayı ərzində ikitərəfli ticarət həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9% azalaraq eniş göstərib. Halbuki 2020–2024-cü illər arasında ticarət həcmi iki dəfədən çox artmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->