"Bir neçə gündür ki, aramsız yağan yağış sularnın böyük fəsadları olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib.
Onun sözlərinə görə, yağıntılar Kür çayının səviyyəsini həddindən artıq yuxarı qaldıracaq. Ekoloq əlavə edib ki, nəticədə bu daşqınlara, su basmalara səbəb olacaq. O, hazırda yağan yağışların illik normadan 6 dəfə çox olduğunu əlavə edib:
"Daşqın və selin 6 dəfə çox olması, xüsusi ilə dağlıq və dağətəyi ərazilərdə böyük fəsadlar törədir. Bu, dünyada baş verən iqlim dəyişikliyinin nəticəsidir. Yağıntılar böyük problem yaradır, bəzi ölkələrdə fəlakətlərə gətirib çıxardır".
Xosrov Musayev yağışın müsbət tərəflərinin də olduğunu qeyd edib:
"Xüsusi olaraq da yağıntılar az düşən ərazilərdə. Quraqlıq ərazilər su baxımdan həssas ərazilərdir. Burada yağışların yağması yaxşı haldır, amma bunun fəsadları hər zaman problem yaradır. Daşqınların qarşısını almaq üçün su resurslarından səmərəli istifadə olunmalıdır. Həmin sular anbarlara yönəldilməlidir ki, yüksək təlabat olanda, temperatur yüksələndə bu sulardan istifadə olunsun".
Bahar Rüstəmli
Şərhlər