Xəbər lenti

Bütün qitələr birləşəcək və iqlim daha sərtləşəcək: Bu nə vaxt baş verəcək?
Dünya 16:50 06.04.2026

Bütün qitələr birləşəcək və iqlim daha sərtləşəcək: Bu nə vaxt baş verəcək?

Alimlərin proqnozlarına görə, təxminən 200–250 milyon il sonra Yer kürəsinin bütün qitələri yenidən bir superqitədə birləşəcək və bu proses planetin iqlimini kəskin şəkildə dəyişdirə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Geological Magazine” məlumat yayıb.

Yer "canlı pazl” kimi

Pangeanın parçalanmasından sonra qitələr tektonik proseslər nəticəsində hərəkətini davam etdirir. Yer qabığı litosfer plitələrindən ibarətdir və bu plitələr çox yavaş şəkildə yerini dəyişərək okeanları açır, dağ silsilələri yaradır.

Bu birləşmə və parçalanma dövrü təxminən hər 400–600 milyon ildən bir təkrarlanır və hazırkı qitə drifti bu uzun geoloji prosesin yalnız bir mərhələsidir.

Gələcəyin dörd ssenarisi

Tədqiqatçılar yeni superqitənin formalaşması üçün bir neçə mümkün variant irəli sürürlər:

1. Novopangea – ən ehtimal olunan ssenari, bu halda Sakit okean bağlanır;
2. Pangea Ultima – qitələr yenidən Atlantik okeanı istiqamətində birləşir;
3. Amazia – quru sahələrin Şimal qütbü ətrafında toplanması;
4. Aurica – yeni okeanın yaranması ilə quru və suyun tam yenidən formalaşması.

İqlim daha ekstremal olacaq

NASA-nın modelləşdirməsinə görə, yeni superqitənin yerləşəcəyi coğrafi mövqe Yer iqlimini həlledici şəkildə müəyyən edəcək. Əgər superqitə ekvator ətrafında formalaşsa, həddindən artıq isti şərait yarana bilər. Yüksək enliklərdə isə güclü qar örtüyü səbəbindən daha soyuq iqlim formalaşa bilər. Qitənin daxili bölgələri isə quraq və yaşamaq üçün çətin "səhralara” çevrilə bilər.

Bəzi ssenarilərə görə, gələcəkdə qurunun yalnız 8–16 faizi məməlilərin yaşaması üçün əlverişli qala bilər.

Samir

--> -->