Xəbər lenti

Niderland sığınacaq verilməmiş miqrantlara dəstəyi dayandıracaq
Dünya 13:40 05.09.2024

Niderland sığınacaq verilməmiş miqrantlara dəstəyi dayandıracaq

Sağçı Niderland hökuməti rezidentlik statusundan imtina edilmiş və ölkəni tərk etmək əmri verilmiş sığınacaq axtaranlar üçün istənilən formada yerləşdirmənin maliyyələşdirilməsini dayandırmaq niyyətindədir.

Qaynarinfo "Dutch News"-a istinadən xəbər verir ki, bunu çərşənbə günü miqrasiya naziri Marjoleyn Faber bildirib.

Amsterdam, Rotterdam və Eyndhoven daxil olmaqla beş böyük Niderland şəhəri sığınacaq ala bilməyən şəxsləri küçələrdən uzaq tutmaq üçün baza sığınacaqlar fəaliyyət göstərir və maliyyənin bir hissəsini hökumət ödəyir.

Ancaq bunlar "çoxdan getməli olan" insanlardır, - ifrat sağçı PVV partiyasından nazir Faber deyib. Hökumətin koalisiya sazişində bu maliyyətinin dayandırılacağı qeyd olunub və bu tarix indi gələn ilin yanvar ayına təyin edilib.

Faberin sələfi Erik van der Burq da xərcləri azaltmaq üçün maliyyəni azaltmaq istəyib, lakin koalisiya tərəfdaşları D66 və ChristenUnie keçən il onu fikrini dəyişməyə məcbur edib.

İndi hökumət sığınacaq ala bilməyənlər üçün "yataq, çörək və hamam"ı təmin etmək üçün 30 milyon avro ayırır, bu sxem ilk dəfə 2018-ci ildə başlayıb. Yerli şuralar əlavə xərcləri öz üzərinə götürmək istəyib-istəməmələrinə qərar verəcəklər.

Nazirlər və yerli hakimiyyət orqanları illərdir sığınacaq ala bilməyənlərin problemi ilə mübarizə aparırlar.

Hazırda sığınacaq ala bilməyən şəxslər qaçqın mərkəzlərindən çıxarılır və onların evlərinə qayıtması gözlənilir. Onlardan minlərlə insan ağır şəraitdə və ya kilsələr və digər xeyriyyə təşkilatları tərəfindən idarə olunan sığınacaqlarda yaşamağa məcburdur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->