Xüsusi sərnişin təyyarəsi dünyanın yeddinci hündür dağı olan Daulaqiri ətrafında itkin düşüb.
Qaynarinfo bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, itkin düşən təyyarənin bortunda iyirmi iki sərnişin olub. Sərnişinlər arasında dörd Hindistan, o cümlədən bir neçə xarici vətəndaş var.
Nepal mərkəzindəki Pokara turist şəhərindən uçan bu təyyarənin Katmandunın 200 kilometr şimal-qərbində Comsom istiqamətində uçuş dayanıb və son dəfə Comsom səmasında görünüb. Sonradan isə təyyarə radarların müşahidəsindən itib.
Qeyd edək ki, Nepal pis havadan qaynaqlanan yerli hava qəzalarına görə rekorda sahibdir.
M.Arif
Şərhlər