Nepalda polis turist vizası üçün işsiz gənclərdən külli miqdarda pul alan və sonra onları Rusiya ordusuna qanunsuz cəlb olunmaq üçün göndərən on nəfəri saxlayıb.
Qaynarinfo bu barədə "Reuters"ə
istinadən xəbər verir.
Nepal Xarici İşlər Nazirliyi bu həftə artıq Rusiyanı vətəndaşları Rusiya ordusuna cəlb etməməyə və Ukraynada həlak olan 6 əsgərin cəsədini qaytarmağa, həmçinin onların ailələrinə təzminat ödəməyə çağırıb.
Nepal vətəndaşının Ukrayna əsirliyindən azad edilməsi üçün danışıqlar davam edir.
Nepal həmçinin öz vətəndaşlarını müharibə edən ölkələrin heç birinin ordusuna qoşulmamağa çağırıb.
Nepalın Moskvadakı səfiri Milan Raca Tuladhar bəyan edib ki, Rusiya ordusunda 150-200 nepallı muzdlu çalışır.
Nizami Bağırov
Şərhlər