Nehrəm sakinləri İlham Əliyevin qələbəsini qeyd etdi (VİDEO)
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində Naxçıvan Muxtar Respublikasında seçici fəallığı müşahidə olunub. Rəsmi məlumata görə, Muxtar Respublika üzrə seçici fəallığı 82.09 faiz olub.
Həmçinin Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində də seçici aktivliyi xüsusilə diqqət çəkib. Qəsəbə sakinləri seçki məntəqələrində böyük izdiham yaradıb, Prezident İlham Əliyevi dəstəkləyib, ona səs veriblər.
İlkin nəticələr açıqlandıqdan sonra qəsəbə sakinləri Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirib, konsert proqramı təşkil edib.
Yürüşə minlərlə vətəndaş, qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri də qatılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər