Xəbər lenti

Nazir direktoru işdən çıxardı - Yeni təyinat (FOTO)
Ölkə 15:18 03.02.2026

Nazir direktoru işdən çıxardı - Yeni təyinat (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub. 

Qaynarinfo-nun məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağamaliyev Namiq Çərkəz oğlu "İnşaat Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. Uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddətu uzadılmayıb.

Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub. 

Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul olub.

Aydın
 

Namiq Ağamaliyev 
 

Sevda Həsənova 
--> -->