Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə yeni təyinatlar olub.
Qaynarinfo xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan MR Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər nazirliyə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.
Belə ki, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinə şöbəsinin müdiri, Gültəkin Əli qızı Rüstəmli həmin şöbənin sektor müdiri, Sahil Əkbər oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsində, Murad Rövşən oğlu Hümbətov Culfa rayon Təhsil Şöbəsində, Ayaz İdris oğlu Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsində müdir kimi çalışacaq.
Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli rayon Təhsil Şöbəsinin müdiri, Gültəkin Rüstəmli Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumitəhsil sektorunda aparıcı məsləhətçi, Sahil Əlizadə Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun baş məsləhətçisi, Ayaz Əliyev həmin sektorda aparıcı məsləhətçi, Murad Hümbətov isə Culfa rayon Təhsil Şöbəsində baş məsləhətçi vəzifələrində çalışıblar.
Şərhlər