Xəbər lenti

Müdafiə Nazirliyinin İstirahət evinin rəisi rüşvət almaqda ittiham olunur
Ölkə 22:30 16.10.2025

Müdafiə Nazirliyinin İstirahət evinin rəisi rüşvət almaqda ittiham olunur

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib.

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->