Xəbər lenti

Müctəba Xameneinin səhhəti ilə bağlı kəşfiyyat hesabatı üzə çıxdı
Dünya 11:31 07.04.2026

Müctəba Xameneinin səhhəti ilə bağlı kəşfiyyat hesabatı üzə çıxdı

İranın yeni Ali Dini Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan son məlumatlar ölkədə siyasi idarəetmə ilə bağlı ciddi suallar doğurub. Qərb kəşfiyyat mənbələrinə istinad edən İngiltərə mətbuatı onun ağır vəziyyətdə olduğunu və qərar qəbuletmə proseslərində iştirak edə bilmədiyini iddia edir.

Qaynarinfo xəbər verir ki, ABŞ və İsrail kəşfiyyatına əsaslanan diplomatik qeyddə bildirilir ki, sabiq lider Əli Xameneinin oğlu hazırda Qumda yerləşən tibbi mərkəzdə müalicə olunur. İddialara görə, onun vəziyyəti ağırdır və hətta huşsuz olduğu qeyd edilir.

Məlumatda vurğulanır ki, Tehrandan təxminən 140 kilometr məsafədə yerləşən Qum şəhərində olan Xamenei rejimin idarəçiliyində aktiv rol oynamır. 

Qeyd edək ki, Müctəba Xamenei martın əvvəlində atasının yerinə seçilsə də, müharibə başlayandan bəri ictimaiyyət qarşısına çıxmayıb. Bu müddətdə ona aid olduğu deyilən açıqlamalar yalnız dövlət televiziyası vasitəsilə yayımlanıb. 

Günay
--> -->