Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.
Qaynarinfo Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin birinci müavini general-leytenant Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.
İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkonun sözlərinə görə, naməlum şəxs general evindən çıxarkən ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. Zərərçəkən təcili olaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti və hadisənin təfərrüatları hələlik məlum deyil.
Şərhlər