Xəbər lenti

Modanın riyazi kodu açıldı: Gələcəkdə nə geyinəcəyinizi bu gündən bilin
Dünya 09:00 22.03.2026

Modanın riyazi kodu açıldı: Gələcəkdə nə geyinəcəyinizi bu gündən bilin

Moda dünyasında nəsillər arasında maraqlı bir dövri dəyişiklik müşahidə olunur. Bir zamanlar köhnəlmiş hesab edilən alçaq belli şalvarlar, qısa "crop” köynəklər və iri kəmərlər yenidən populyarlaşaraq küçə modasında yer almağa başlayıb. Bu isə təsadüfi deyil – ola bilsin ki, bu, riyazi qanunauyğunluğun nəticəsidir.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Nortvestern Universitetindən olan riyaziyyatçılar tərəfindən aparılan yeni araşdırma moda tendensiyalarının niyə təkrarlandığını elmi əsaslarla izah edir. Tədqiqatçılar 1869-cu ildən bu günə qədər qadın geyimlərinə aid təxminən 37 min görüntünü analiz edərək, stil seçimlərinin təxminən 20 illik dövrlərlə təkrarlandığını müəyyən ediblər.

Araşdırmanın həmmüəllifi, professor Daniela Abras bu prosesi kəfgir effekti ilə müqayisə edir. Onun sözlərinə görə, sistem təbii olaraq bir ekstremumdan digərinə doğru hərəkət edir. Populyar olan bir stil zamanla aktuallığını itirir, lakin təxminən 20 il sonra yeni nəsil tərəfindən yenidən qəbul edilir.

Tarixi müşahidələr bu dövriliyi təsdiqləyir. Məsələn, 1980-ci illərdə dəbdə olan yüksək belli şalvarlar və tozluqlar 2000-ci illərin ortalarında yenidən populyarlaşdı. 1990-cı illərin dəblərindən olan boyunlu geyimlər və qalın botlar isə 2010-cu ildə geri qayıtdı.

1920-ci illərin qısa "flapper” paltarları 1950-ci illərin daha konservativ modelləri ilə əvəz olundu, daha sonra isə 1960-cı illərin sonlarında mini ətəklər yenidən trendə çevrildi.

1980-ci illərdən etibarən bu dövri model bir qədər dəyişsə də, əsas tendensiya hələ də qalmaqdadır. Müasir dövrdə midi, mikro mini və uzun geyimlər kimi daha çox variant mövcuddur və insanlar artıq daha fərdi seçimlər edir.

Əgər 20 illik dövrilik davam edərsə, 2030-cu illərdə "jeggings”, dəri gödəkçələr və beldən büzməli üst geyimlər yenidən populyar ola bilər. 2040-cı illərdə isə şişkin qollar və idman geyimlərinin yenidən dəbə qayıdacağı proqnozlaşdırılır.

Aydın

--> -->