Xəbər lenti

MKTB özəlləşsə, kommunal xidmətlər bahalaşacaq? - İqtisadçı
Ekonomiks 17:22 03.12.2024

MKTB özəlləşsə, kommunal xidmətlər bahalaşacaq? - İqtisadçı

Deputat Qüdrət Həsənquliyev Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) əməkdaşlarının aylıq əmək haqqlarının azlığından şikayətlənib. Deputat bildirib ki, küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır:

"Onlar hər dəfə mənimlə görüşəndə bu məsələni hökumətin diqqətinə çatdırmağımı xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahənin təcili özəlləşdirilməsini təklif edirəm”. 

Bəs Mənzil Kommunal Təsərrüfat Birliyi necə özəlləşə bilər? Yaxud da onların əməkdaşlarının maaş artımı kommunal xidmətlərin artmasına səbəb ola bilər? 

İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında Mənzil Kommunal Təsərrüfat Birliyinin özəlləşməsinin mümkün olduğunu qeyd edib:



"Bundan sonra MKTB-in əməkdaşları yüksək maaş ala bilərlər. Onun əmək haqqlarını da vətəndaşlar ödəməlidir. Məsələn, MKTB özəlləşəndə sahibkar ona pulu cibindən verməyəcək. Onların əmək haqqları vətəndaşlardan alınacaq. Bundan əlavə, sahibkar prosesdə pul da qazanacaq. Əməkdaşların maaşları artacaq, amma sahibkar həmin pulu vətəndaşlardan alacaq. Yəni, MKTB-nin özəlləşməsinin ziyanı sonda vətəndaşlara dəyəcək".
 
Xalid Kərimli hesab edir ki, MKTB-i özəlləşsə, kommunal haqqları kəskin şəkildə bahalaşa bilər:

"Hazırda qurum dövlətdən maliyyələşir. Dövlət də zaman-zaman prosesi tənzimləyir. Birliyin əməkdaşlarının əmək haqqlarını dövlətin özü də qaldıra bilər. Dövlətin bu sahədə nəzarəti güclüdür. Hökumət MKTB-in işini təşkil edə bilir. Vətəndaş kommunal borclarını ödəməlidir. Bu prosesdə özəl sektor dövlətdən daha cəsarətli olmayacaq. Əgər birlik özəlləşsə, əməkdaşların maaşları artacaq, eyni zamanda vətəndaşların ödədiyi kommunal xidmətlərin kəskin artmasına gətirib çıxarda bilər".

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->