Birinci Liqada çıxış edən "Mingəçevir” klubu ilə "Azerbaijan Sport Talents Academy” (ASTA) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
Qaynarinfo xəbər verir ki, Futbolun İnkişafı Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimində ASTA-nın prezidenti Rafael Bunyatov, FİF-in icraçı direktoru Tural Piriyev, "Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Bunyatov "Mingəçevir”ə dəstək olmaqla, bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini bildirib və klubla bağlı planları barədə məlumat verib. Həmçinin, o, bu tərəfdaşlığın ərsəyə gəlməsində dəstək olan tərəflərə təşəkkür edib.
Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini "Mingəçevir” klubunun İdarə Heyətinin sədri Nurlan Əhmədov və ASTA-nın prezidenti Rafael Bunyatov imzalayıblar.
Tədbirin sonunda isə media nümayəndələrinin sualları cavablandırılıb.
Şərhlər