Xəbər lenti

Milli Məclis Azərbaycanla Türkiyə arasında yeni sənədi ratifikasiya etdi
Ölkə 12:22 23.12.2025

Milli Məclis Azərbaycanla Türkiyə arasında yeni sənədi ratifikasiya etdi

Milli Məclis Azərbaycanla Türkiyə arasında yeni sənədi təsdiq edib. 

Qaynarinfo xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Qafqaz Rafiqoğlu

Sorğu

--> -->