Xəbər lenti

Məşhur iş adamının bu şirkətlərdəki payı 1 milyon manat azaldılıb
Ekonomiks 13:20 03.12.2024

Məşhur iş adamının bu şirkətlərdəki payı 1 milyon manat azaldılıb

"Altec” MMC və "Altis Qrup of Kompani” MMC nizamnamə kapitallarının azaldığını elan edib.

Yeniavaz.com xəbər verir ki, "Altec” MMC-nin təsisçilərinin 2 dekabr 2024-cü il tarixli qərarına əsasən təsisçi Heydərov Kamal Şamil oğlunun müəssisədə olan payı 1 milyon manat dəyərində azaldılıb.

Eyni zamanda "Altis Qrup of Kompani” MMC-nin eyni tarixli təsisçi qərarına əsasən nizamnamə kapitalı 1 milyon manat dəyərində azaldılıb. 

Məlumat üçün bildirək ki, "Altis Qrup of Kompani” MMC 2006-cı ildə, "Altec” MMC isə 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, Bakı-duz (Rəsulzadə qəs.), ev Baksol ərazisi, m. 1-də yerləşir.

Qeyd edək ki, Heydərov Kamal Şamil oğlu eyni zamanda tanınmış iş adamı Şamil Heydərovun oğludur. Hər iki sahibkar haqqında mətbuatda müxtəlif məzmunlu məlumatlar yayılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->