Xəbər lenti

Memorandum təsdiqləndi: Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək
Ölkə 11:59 16.12.2025

Memorandum təsdiqləndi: Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə yeni memorandum təsdiq edilib.

Qaynarinfo xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. 

Deputatlar qeyd edib ki, memorandum iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->