Səudiyyə Ərəbistanının Məkkə əyalətində küləyin sürəti 80 km/saata çatan güclü qasırğa başlayıb. Sosial şəbəkələrdə yayılan videolarda küləyin yerli sakinləri və zəvvarları yerə yıxdığı görünür. Qasırğa bir neçə reklam lövhəsini, metal konstruksiyaları və zibil qutularını da dağıdıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.
Nəşr xəbər verir ki, qasırğa səbəbindən Məkkə rəhbərliyi krallığın məktəb, kollec və universitetlərində dərsləri onlayn formata keçirmək qərarına gəlib.
"Müqəddəs paytaxtı vuran küləyin sürəti 80 km/saatı keçib”, - Səudiyyə Milli Meteorologiya Mərkəzinin sözçüsü Hüseyn əl-Qahtani Twitter-də yazıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər