Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə 20 ildən çoxdur çalışan üç müəllim eyni vaxtda işdən çıxarılıb.
Həmin müəllimləri iddia edirlər ki, işdən çıxarılmalarına səbəb direktor Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara şikayət etmələridir.
İşdən azad edilən digər müəllim isə Saleh Məmmədovdur. O iddia edir ki, direktor Afaq Əliyeva şəxsi intriqaları səbəbindən qərəzli şəkildə onu işdən uzaqlaşdırıb.
İşdən çıxarılan digər müəllim Kəmalə Mönsümova ilə telefon vasitəsilə əlaqə saxladıq. O da həmkarları ilə eyni fikirləri bölüşdü.
Elə biz də səbəbi öyrənmək üçün 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva ilə əlaqə saxladıq. O heç bir açıqlama vermədi və bildirdi ki, məlumat almaq üçün Bakı şəhəri üzrə təhsil idarəsinə müraciət edək. Bakı şəhəri üzrə təhsil idarəsindən isə açıqlamanı verildi ki, 201 nömrəli tam orta məktəbin qeyd olunan üç müəllimi təhsil müəssisəsinin iş ahəngini, "Təhsilverənlərin etik davranış Qaydaları"nın və əmək qanunvericiliyinin tələblərini, məktəbin daxili nizam-intizam qaydalarını pozduqlarına görə Həmkarlar Komitəsinin iclasında əməlləri qiymətləndirilərək onların əmək müqavilələrinə xitam verilməsi haqqında qərar qəbul olunub.
Qeyd edək ki, məktəb direktoru Afaq Əliyeva adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Buna baxmayaraq hələ də vəzifəsini icra edir.
Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Şərhlər