Xəbər lenti

Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
Ekonomiks 09:28 22.04.2024

Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 26-da saat 09:00-da Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qaynarinfo-nun nazirliyə istinadən verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-57-80) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->