Xəbər lenti

Maya Sandu:
Dünya 14:05 21.10.2023

Maya Sandu: "Rusiya üçün deyil, milli maraqlar üçün işləyəcək siyasi sinif olmalıdır"

"Rusiya üçün deyil, yalnız Moldovanın maraqları üçün işləyəcək siyasi sinif formalaşmalıdır". 

Qaynarinfo xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.

Prezident qeyd edib ki, demokratiya mücərrəd anlayış deyil: 

"Demokratiya bizim üçün əziz olan insanların yalnız ölkə rəhbərliyinin xoşuna gəlməyən sözlər dedikləri üçün siyasi məhbus olmayacaqlarına və həbsə atılmayacağına əminlik deməkdir". 

Sandu bildirib ki, vətəndaşların fərqli fikirləri ola bilər, lakin onlar sağlam atmosferdə yalnız milli ideyalara aid olan arqumentlərlə müzakirə edilməlidir: 

"Rusiya üçün deyil, yalnız Moldovanın maraqları üçün işləyəcək siyasi sinif formalaşmalıdır. Çünki biz Moldova Respublikasının vətəndaşları üçün cavabdehik və onlar üçün, bizi demokratik dünya ilə birləşdirən dəyərlər üçün çalışmalıyıq".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->