Xəbər lenti

Maliyyə Nazirliyindən yoxlamalarla bağlı açıqlama
Ekonomiks 11:42 12.09.2025

Maliyyə Nazirliyindən yoxlamalarla bağlı açıqlama

"Son günlər Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur”. 

Qaynarinfo xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yoxlamalarla bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, həyata keçirilən nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə aparılır, mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir. 

"Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur”,- nazirlikdən bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->