"Səbail"in futbolçusu Nihad Qurbanlı subaylığın daşını atıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, gənc müdafiəçinin toy mərasimi paytaxtın dəbdəbəli şadlıq saraylarından olan "Simfoniya"da baş tutub.
"Qarabağ"la qış fasiləsi ərəfəsində baş tutan oyunun (0:3) ertəsi günü baş tutan toyda klub rəsmiləri və futbolçunun komanda yoldaşları iştirak ediblər.
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov yetirməsinin şad gününün iştirakçıları arasında olmayıb. O, bunun səbəbini şəxsi işləri ilə bağlı paytaxtdan kənarda olması ilə izah edib.
Şərhlər