Xəbər lenti

Mahir oynadı,
İdman 18:40 01.12.2024

Mahir oynadı, "Nürnberq" penaltini vura bilmədi, xal itirdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçunun çıxış etdiyi komanda II Bundesliqanın XIV turunda "Fortuna Düsseldorf”u qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Nürnberq təmsilçisi 12-ci pillədə qərarlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->