Xəbər lenti

Litva Ukraynaya hərbi yardım üçün ÜDM-in 0,25%-ni ayıracaq
Dünya 11:16 27.06.2024

Litva Ukraynaya hərbi yardım üçün ÜDM-in 0,25%-ni ayıracaq

⁹Litva Ukraynanın təhlükəsizliyini və müdafiəsini dəstəkləmək üçün ÜDM-in ən azı 0,25%-ni ayırmaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda X (Twitter) səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu, ölkənin Dövlət Müdafiə Şurasının çərşənbə günü keçirilən iclasında qərar verib.

"Litva qələbəyə qədər Ukraynanın yanında möhkəm dayanmağa davam edəcək", - Nauseda vurğulayıb.

Bir gün əvvəl Litvanın müdafiəyə əlavə 136 milyon avro ayırdığı, bu da müdafiə büdcəsinin ÜDM-in 3%-dən çox artması deməkdir.

Litva artıq iqtisadiyyatının böyüklüyünə görə NATO-da müdafiəyə ən çox pul xərcləyən ölkələrdən biridir.

Bundan əvvəl NATO-nun eks baş katibi Yens Stoltenberq bildirib ki, 20-dən çox müttəfiqi bu il ÜDM-in 2%-i hədəfinə çatacaq və ya hətta onu keçəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->