Xəbər lenti

Kreml Cənubi Koreyanın Ukraynaya hərbi yardım göstərə biləcəyindən narahatdır - İSW
Dünya 13:40 22.10.2024

Kreml Cənubi Koreyanın Ukraynaya hərbi yardım göstərə biləcəyindən narahatdır - İSW

Bu yaxınlarda Şimali Koreya qoşunlarının Rusiyaya yerləşdirildiyi barədə məlumatlar ortaya çıxıb. İndi Kreml C. Koreyanın Ukraynaya hərbi yardım edəcəyindən ehtiyat edir.

Bu barədə Qaynarinfo ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (İSW) hesabatına istinadən xəbər verir.

Analitiklər yazır ki, Rusiya Federasiyası C. Koreya ilə gərginliyi azaltmaq üçün var gücü ilə çalışır. Bu, Ş. Koreya və Rusiya arasında əməkdaşlığın artdığına dair etibarlı hesabatların ortaya çıxmasından sonra baş verir. 

Xüsusilə, bu məlumatlarla əlaqədar C. Koreya Xarici İşlər Nazirliyi Rusiyanın Cənubi Koreyadakı səfiri Georgi Zinovyevi çağırıb. Bununla belə, Rusiyanın Cənubi Koreyadakı səfirliyi yalandan hadisəni diplomatik çağırış kimi deyil, könüllü görüş kimi təqdim edib. Səfirlik həmçinin bəyan edib ki, Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlıq Seulun "təhlükəsizlik maraqlarına qarşı yönəlməyib”.

Bundan əlavə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq digər dövlətlər üçün "narahatlıq yaratmamalıdır” və Şimali Koreya qoşunlarının Rusiyada olması ilə bağlı məlumatlar "ziddiyyətli” ola bilər.

Analitiklərin fikrincə, Kremlin Cənubi Koreyanı Şimali Koreya ilə əməkdaşlığının Seul üçün təhlükə yaratmadığına inandırmaq istəyi onu deməyə əsas verir ki, Kreml Cənubi Koreyanın Ukraynaya lazımi hərbi dəstək verməsi istiqamətində potensial hərəkətindən çox narahatdır. O, həmçinin Kremlin Seulla münasibətlərin pisləşməsinin Rusiyanın Asiya-Sakit Okean regionunda təhlükəsizlik maraqlarına təsiri ilə bağlı narahatlığına işarə edir.

"Rusiya əvvəllər Şimali Koreyadan artan asılılığının nəticələrini yumşaltmaq üçün Seulu özünə cəlb etməyə çalışıb”, - İSW əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->