Donetskdə mehmanxananın atəşə tutulması nəticəsində keçmiş baş nazirin müavini və "Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” Roqozinin köməkçisinə istinadən məlumat
yayıb.
"Donetsk şəhərinin kənarında son aylarda Dmitri Roqozin də daxil olmaqla bir qrup hərbi məsləhətçinin yaşadığı otel atəşə tutulub. Zərbələr dəqiq idarə olunan hərbi sursatlarla, ehtimal ki, 155 mm-lik "Sezar” özüyeriyən artilleriya qurğusu ilə həyata keçirilib”.
Onun sözlərinə görə, Roqozin kürəyindən aldığı yara ilə xəstəxanaya yerləşdirilib.
"Həyatı üçün heç bir təhlükə yoxdur. Onu müşayiət edən şəxslər də müxtəlif dərəcəli xəsarətlər alıblar”, - deyə siyasətçinin köməkçisi bildirib.
Alpər
Şərhlər