Kirayə ev adı ilə dələduzluq: İnsanları belə aldadırlar (VİDEO)
Son dövrlərdə bir çox vətəndaş saxta kirayə ev elanlarının qurbanı olur.
Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciətində qeyd edilib.
Bildirilib ki, bu kimi hallarla qarşılaşmamaq üçün diqqətli olmaq lazımdır.
"Elanı diqqətlə yoxlayın. Təklif çox ucuz görünərsə, ehtiyatlı olun. Qanuni sənədlər tələb edin. Əvvəlcədən ödəniş etməyin. Mənzili şəxsən görmədən razılaşma sənədi imzalamayın. Sizi aldatmaq istəyənlərə qarşı tədbirli olun! Əmin olmadığınız hallarda DİN-in 102 Zəng mərkəzinə, ərazi polis orqanlarına müraciət edin. Qanuni yaşayış üçün hər zaman təhlükəsiz yoldan gedin!", - müraciətdə vurğulanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər