"Azərpoçt" MMC-nin Yevlax Poçt Filialının Xaldan Poçt Şöbəsinin rəisinin otağında pul oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1977-ci ildə Quba rayonu, Birinci Nügəldi kəndində anadan olmuş Fikrət Aslanov (şərti) cinayət hadisəsini törətmək üçün Yevlax Poçt Filialının Xaldan Poçt Şöbəsinə gedib.
O, həmin şöbənin rəisinə yaxınlaşıb, üzərində olan 1000 manat xırda nominalı (1, 5, 10, 20 manatlıq) pulları verərək, həmin məbləğdə pulun böyük nominallı pul əskinasları ilə dəyişdirilməsini xahiş edib. Poçt rəisi xırda nominallı pul əskinaslarını qəbul edərək əyləşdiyi masanın üzərinə qoyub, sonra həmin masanın siyirtməsindən 10 ədəd 100 manatlıq götürərək ona verib.
Daha sonra rəisə gələn zəng Asifin cinayət hadisəsini törətməsinə imkan yaradıb. Zərərçəkmiş şəxs mobil telefonuna gələn zəngə cavab verərəkən diqqətinin yayınmasından istifadə edən təqsirləndirilən xırda nominallı 1000 manat pulu götürərək, Poçt Şöbəsinin inzibati binasından çıxıb.
Məhkəmənin qərarı ilə həmin şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib və 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Əhməd
Şərhlər