Dövlət Gömrük Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə gömrük xidməti polkovnik-leytenantı Kənan Əsədov Elmar oğlu sözügedən vəzifəyə təyin edilib.
Kənan Əsədov 2023-ci ilin oktyabr ayından bu təyinatadək Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Kənan Əsədov 1996-cı ildə Bakıda anadan olmuşdur. 2013-cü ildə orta məktəbi qızıl medal ilə bitirərək Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə qəbul olub. Birləşmiş Krallığın Edinburq Universitetində Maliyyə və Mühasibatlıq ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2015, 2016, 2017-ci illərdə müvafiq olaraq "Ernst&Young", "Deloitte&Touche", "İnvestaz" şirkətlərində işləyib.
2019-cu ilin iyul ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Audit idarəsinin inspektoru vəzifəsində fəaliyyətə başlayıb.
2020-ilin noyabr ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə inspektor vəzifəsinə təyin olunub. 2022-ci ilin yanvar ayında həmin İdarənin rəis müavini vəzifəsinə təyin edilib.
Aydın
Şərhlər